SON XƏBƏRLƏR

İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi

2026.09.24, 10:56
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi

Vəkil və İranın keçmiş kəşfiyyat naziri Əli Yunisinin oğlu Həsən Yunisi həbs və maddi cəzaya məhkum edilib.

Gunaz.tv

Bu barədə o özünün X sosial media hesabında məlumat paylaşıb.

Həsən Yunisinin yazdığına görə, o, "hökumətə qarşı təbliğat" və "yalan məlumatlar yaymaq"da ittiham olunub.

 "Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsinin qərarına əsasən qeyd olunan ittihamlara görə ümumilikdə 3 il həbs, 50 milyon tümən cəriməyə məhkum edilmişəm",- Yunisi yazıb.

O, bununla yanaşı sosial mediada fəaliyyətinə qadağa barədə də əlavə qərar çıxarıldığını bildirib.

Qeyd edək ki, Həsən Yunisi siyasi məhbuslarn müdafiəsi və 2022-ci il etirazlarında hökumətə qarşı əks mövqeyinə görə çağırılıb və dindirilib.

Onun barəsində verilən son cəza isə vəkilin yanvar etirazları ilə bağlı tənqidi paylaşımlarına görədir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar