SON XƏBƏRLƏR

İranda daha bir bəhai qadına ağır cəza verildi

2026.09.24, 12:06
İranda daha bir bəhai qadına ağır cəza verildi

Mazandaran əyalətinin Sari şəhərində yaşayan Rumina Güli 5 il 7 ay azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Sari İnqilab Məhkəməsi onu "sistemə qarşı təbliğat" və "islam qanunlarına zidd təbliğat fəaliyyəti"ndə günahlandırıb.

Bununla yanaşı Rumina Güli 10 il müddətində ictimai fəaliyyətlərdən məhrum edilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar