SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib

2026.09.24, 17:33
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib

Gunaz.tv

Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə qüvvələrinin Yəməndəki husilər tərəfindən atılan altı ballistik raketi zərərsizləşdirdiyini və Taif və Yanbu şəhərlərinə mümkün hücumların qarşısının alındığını açıqlayıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Məkkə, Yanbu, Taif, Ciddə və Təburuk da daxil olmaqla bir sıra bölgələr üçün “mümkün təhlükə” xəbərdarlığı verib. Xəbərdarlıq bir neçə dəqiqə sonra ləğv edilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Türki əl-Maliki bildirib ki, husilərin “gərginliyi artırması və pozuntuları” qarşısında qətiyyətli tədbirlər görüləcək.

Yəməndə quru döyüşləri də davam edir. Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri husilərin Taiz-Ədən strateji yoluna gecə saatlarında həyata keçirdiyi hücumların qarşısını aldıqlarını açıqlayıb.

BMT-nin məlumatına görə, son döyüşlər zamanı 700-dən çox insan həlak olub, 130 mindən çox insan isə Yəmən daxilində didərgin düşüb.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar