SON XƏBƏRLƏR

İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib

2026.09.24, 19:29
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib

Gunaz.tv

ABŞ-ın İranın aviasiya sektoruna qarşı yeni sanksiyalarının qüvvəyə minməsindən sonra bir sıra ölkələr İran aviaşirkətlərinin uçuşlarına məhdudiyyətlər tətbiq edib.

Azərbaycan sentyabrın 22-dən İran aviaşirkətlərinin bu ölkəyə uçuşlarını dayandırıb. Birləşmiş Ərəb Əmirlikləri isə sentyabrın 24-dən İran aviaşirkətlərinin ölkəyə və ölkədən bütün uçuşlarını növbəti bildirişədək dayandırıb.

İran aviaşirkətlərinin Bağdad və Maskata uçuşları da dayandırılıb. Nəcəfə uçuşların isə davam etdiyi bildirilir. Eyni zamanda, Gürcüstan da İran aviaşirkətlərinin uçuşlarını dayandırıb.

Bununla yanaşı, İranın Türkiyə və Çin kimi ölkələrə bəzi uçuşları davam edir, lakin bir sıra reyslər də ləğv olunub.

Bu məhdudiyyətlər ABŞ-ın İran təyyarələrinə yanacaq, hava limanı xidmətləri və bilet satışı göstərən şirkətləri ikinci dərəcəli sanksiyalarla hədəfə alması ilə daha da genişlənib. Nəticədə bəzi hava limanları və xarici şirkətlər üçün İran aviaşirkətlərinə xidmət göstərmək ABŞ sanksiyaları ilə bağlı risklər yaradır.

 


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar