SON XƏBƏRLƏR

Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb

2026.09.25, 11:19
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı tribuna önündə peycer nümayiş etdirərək Livanın “Hizbullah” terror təşkilatının rəhbərliyinə qarşı keçirilən əməliyyatı xatırladıb.

Gunaz.tv

“Peycerləri xatırlayırsınızmı? Sizə deyə bilərəm ki, “Hizbullah” onları dəqiq xatırlayır”, - Netanyahu bildirib.

Qeyd edək ki, 2024-cü ilin 17-18 sentyabr tarixlərində Livanda rabitə cihazlarının partladılması ilə nəticələnən hücumlar baş verib. İlk gün partlayan peycerlər nəticəsində 12 nəfər ölüb, təxminən 2800 nəfər yaralanıb. Növbəti gün isə radioqəbuledicilər, telefonlar və digər cihazların partlaması nəticəsində 25 nəfər ölüb, 608 nəfər yaralanıb. “Hizbullah” terror təşkilatı hücumların təşkilinə görə İsraili günahlandırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar