SON XƏBƏRLƏR

İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi

2026.09.26, 09:19
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi

Tehran ABŞ-ın Hörmüz boğazını yenidən açmaq təklifini qəbul etsə belə, nüvə proqramında yumuşaqlıq göstərməyəcək.

Gunaz.tv

Bunu sentyabrın 26-də adı açıqlanmayan İran rəsmisi Reuters agentliyinə müsahibəsində deyib.

Anonimlik şərti ilə danışan rəsmi vurğulayıb ki, Tehranın bütün şərtləri, o cümlədən İran limanlarının dəniz blokadası qaldırılana qədər Hörmüz boğazı bağlı qalacaq.

O, həmçinin bildirib ki, Tehran uranı zənginləşdirməyi dayandırmayacaq və yüksək dərəcədə zənginləşdirilmiş uranın xaricə daşınmasına razı olmayacaq.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar