SON XƏBƏRLƏR

Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi

2026.09.26, 11:39
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi

İran Ali Məhkəməsi Qəzvin əyalətinin Əlvənd rayonundan olan qadın fəal Müjdə Haşemi Bazərqaninin barəsində çıxarılan edam hökmünü təsdiq eib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, hazırda Qəzvin şəhərinin həbsxanasında saxlanılan qadın fəal "casusluq", "Amerika və İsraillə əməkdaşlıq" və "rəhbəri təhqir etmək"dı günahlandırılıb.

Qeyd edək ki, Müjdə Haşemi Bazərqani cari ilin 4 aprelində Əlvənd şəhərində şəxsi mənzilində həbs edilib.

O, həbsxanadan yaydığı səs yazısında həbs zamanı ağır döyüldüyünü, işgəncə edildiyini, dindirilmə zamanı hazır mətnə qol çəkməyə məcbur edildiyini bildirərək, barəsində irəli sürülən ittihamları rədd edib.

Onun işgəncə altında məcburi etirafı Qəzvin əyalətinin televizyasında yayılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar