SON XƏBƏRLƏR

İranda qadın müğənniyə 74 şallaq cəzası

2026.09.26, 19:32
İranda qadın müğənniyə 74 şallaq cəzası

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Qum Əyalət Apellyasiya Məhkəməsi müğənni Pərəstu Əhmədi və “Karvansara konserti”nin səkkiz digər musiqiçi və əməkdaşına verilən 74 şallaq cəzasını dəyişiklik etmədən təsdiqləyib.

Vəkil Əbuzər Zaman cümə günü “X” sosial şəbəkəsində bildirib ki, Qum Apellyasiya Məhkəməsinin 16-cı şöbəsi Pərəstu Əhmədi, dörd musiqiçi və daha dörd nəfəri 74 şallaq cəzasından əlavə, iki il müddətinə audiovizual sahədə fəaliyyət göstərməkdən və ölkədən çıxmaqdan məhrum edib.

Proqramın digər səkkiz əməkdaşı da şallaq, bədii fəaliyyətlə məşğul olmaqdan məhrum edilmə və ölkədən çıxış qadağası kimi cinayət cəzaları ilə üzləşib.

Bu ifa tamaşaçıların iştirakı olmadan keçirilib və yalnız internet vasitəsilə yayımlanıb.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar