SON XƏBƏRLƏR

Tarımda üç işçi həyatını itirib

2026.09.27, 09:32
Tarımda üç işçi həyatını itirib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Güney Azərbaycan, Zəncan ostanının Tarım şəhərində, fəaliyyət göstərən zeytun emalı müəssisəsində üç işçi zeytunun saxlanılması və emalı üçün istifadə olunan çənlərdən birinə daxil olduqdan sonra həyatını itirib.

Zəncan ostanı Böhranların İdarə Edilməsi Baş İdarəsinin rəhbəri Əyyub Beygdəli bildirib ki, üç işçi zeytunun acılığını aradan qaldırmaq üçün tərkibində limon turşusu məhlulu və yuyucu maddələr olan çənə daxil olub.

Beygdəlinin sözlərinə görə, ilkin sahə araşdırmaları çənin qapalı olması və içəridəki təhlükəli şəraitin hadisənin baş verməsində rol oynadığını göstərir.

O əlavə edib ki, oksigen səviyyəsinin azalması, üzvi maddələrin fermentasiyası nəticəsində qazların toplanması, buxarların mövcudluğu, limon turşusu məhlulunun yaratdığı turş mühit, lazımi havalandırmanın olmaması və fərdi təhlükəsizlik avadanlıqlarından istifadə edilməməsi üç işçilərin həyatını itirməsinə səbəb olan amillər arasında olub.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar