SON XƏBƏRLƏR

İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət

2026.09.27, 21:19
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranda yaşayan bəzi istifadəçilər yeni Google hesabı yaratmaq və “+98” prefiksli telefon nömrələri ilə təsdiq kodu almaqda problemlərlə üzləşdiklərini bildiriblər.

Bəzi istifadəçilər Google-un dəstək forumunda İran nömrələrinin hesabın təsdiqlənməsi zamanı qəbul edilmədiyini və ya təsdiq kodunun göndərilmədiyini bildiriblər.

Bununla belə, Google indiyədək İran istifadəçilərinin hesab yaratmasının qadağan edilməsi və ya onların rəsmi şəkildə sanksiyaya məruz qoyulması ilə bağlı açıqlama verməyib. Bu məhdudiyyətin səbəbi də rəsmi olaraq açıqlanmayıb.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar