SON XƏBƏRLƏR

İraqda 5 İran hərbçisi həlak olub

2026.09.28, 12:16
İraqda 5 İran hərbçisi həlak olub

Cari ili Ərbəin mərasimləri zamanı İraqda 5 İran hərbçisi həlak olub, bir neçə hərbçi və iranlı mülki şəxs isə yaralanıb.

Gunaz.tv

Bunu İran daxili işlər nazirinin müavini Əliəkbər Purcəmşidian deyib.

O, həmin hərbçilərin Ərbəin mərasimində iranlıların təhlükəsizliklərini qoruduqları zaman həlak olduqlarını bildirib.

Purcəmşidian hərbçilərin ölüm səbəbləri və hadisənin təfərrüatı barədə açıqlama verməyib.

Qeyd edək ki, hadisənin üstündən iki ay keçməsinə baxmayaraq, bu, ilk rəsmi açıqlamadır.

Ölən və yaralananların kimliyi barədə məlumat verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar