SON XƏBƏRLƏR

Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi

2026.09.28, 22:38
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi

Omandan İrana uçuşların dayandırılması ölkəyə yeni mobil telefon partiyalarının gətirilməsində ciddi problemlər yaradıb.

Gunaz.tv

İran Mobil Telefon Assosiasiyasının rəhbəri Əbdülmehdi Əsədi bildirib ki, ölkənin mobil telefon tələbatının 90 faizindən çoxu hava yolu ilə təmin olunur və mobil telefonların bir hissəsi Dubaydan Omana, daha sonra isə İrana daşınır.

Onun sözlərinə görə, Oman-İran uçuşlarının dayandırılmasından təxminən bir həftə keçib və bu vəziyyət mobil telefonların beynəlxalq daşınmasında ciddi çətinliklər yaradıb.

Bununla belə, Əsədi bildirib ki, bəzi şirkətlər uçuşların dayandırılmasından əvvəl mobil telefon partiyalarını ölkəyə gətirib və buna görə də hazırda bazarda ümumi telefon qıtlığı yaranmayıb.

Mobil telefonların idxalı üçün sifarişlərin qəbulu da təxminən iki həftə əvvəl yenidən açılıb. Əsədinin sözlərinə görə, bu müddət ərzində telefonların qiyməti təxminən 20-30 faiz azalıb.


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar