SON XƏBƏRLƏR

Qəzvində sosial media fəalı həbs edilib

2026.09.29, 13:33
Qəzvində sosial media fəalı həbs edilib

Qəzvin əyalətinin Əlvənd rayonunda yaşayan sosial media fəalı Məhəmməd Əzizi həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri azərbaycanlı fəalı sentyabrın 23-də saxlayıb, dindirildikdən sonra Qəzvin şəhərinin Çubindər həbsxanasına köçürüblər.

Ona qarşı "kiberməkanda hökumətə qarşı təbliğat", "ictimai asayişə xələl gətirmək", "rəhbər və müqəddəsləri təhqir etmək" ittihamları irəli sürülüb.

Məhəmməd Əzizi bundan əvvəl də tənqidi paylaşım və dinc fəaliyyətlərinə görə təqib və təzyiqlərlə üzləşib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar