SON XƏBƏRLƏR

İranda daha iki etirazçı edam edildi

2026.09.30, 10:26
İranda daha iki etirazçı edam edildi

İranın İnqilab məhkəməsinin qərarına əsasən, Məşhəd şəhərində 2 nəfər barəsində çıxarılan ölüm hökmü sentyabrın 30-da səhər saatlarında icra olunub.

Gunaz.tv

Bu barədə İran məhkəmə sisteminin "Mizan" saytı məlumat yayıb.

Bildirilib ki, edam edilmiş Əli Hemməti və Məcid Nikəndiş bu ilin yanvar ayında keçirilən etiraz aksiyalarında Təbəs şəhərində həbs edilib. Onlar ölkənin təhlükəsizliyinə qarşı "müharibə aparmaqda" təqsirli biliniblər.

Əli Hemməti və Məcid Nikəndiş barəsində edam hökmü 2026-cı ilin mayında çıxarılıb. Hökmün dəyişdirilməsi ilə bağlı müraciətlərə baxmayaraq, Ali Məhkəmə onu qüvvədə saxlayıb.

Qeyd edək ki, ötən ilin sonunda və bu ilin yanvarında İranda sosial, iqtisadi tələblərlə etiraz aksiyası keçirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar