SON XƏBƏRLƏR

BƏƏ BMT-də: Bizim üç ərəb adamız İranın işğalı altındadır (Video)

2026.09.30, 22:28
BƏƏ BMT-də: Bizim üç ərəb adamız İranın işğalı altındadır (Video)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri BMT Baş Assambleyasının 81-ci sessiyasında İranın “üç Əmirlik adasını işğal etməsinə” yenidən etiraz edib.

BƏƏ-nin dövlət naziri Xəlifə Şahin Əl-Mərar çıxışında Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğunu bildirib və Əbu-Dabinin bu adaların İran tərəfindən işğalını qəbul etmədiyini deyib. O, mübahisənin birbaşa danışıqlar və ya Beynəlxalq Ədalət Məhkəməsinə müraciət yolu ilə sülh yolu ilə həll edilməsinə çağırıb.

BƏƏ nümayəndəsi cavab çıxışında da bu üç adanı “Ərəb körfəzində yerləşən ərəb adaları” və BƏƏ ərazisinin bir hissəsi adlandıraraq, İranın onlar üzərində suverenliyini qəbul etmədiyini bildirib.

Üç ada ilə bağlı İran və BƏƏ arasında mübahisə 1971-ci ildən davam edir. BƏƏ adalar üzərində suverenliyini irəli sürür, İran isə öz növbəsində həmin adalar üzərində suverenliyə malik olduğunu bildirir.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar