Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
Zakir Həsənov üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Nazir qeyd edib ki, dünyada siyasi gərginliyin artdığı və müxtəlif çətinliklərin yarandığı bir şəraitdə dövlətlər arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm platformasıdır. Biz əməkdaşlığın inkişaf dinamikasından razıyıq və birgə səylərimizlə onu daha da genişləndirmək və dərinləşdirmək niyyətindəyik”, - deyə müdafiə naziri bildirib.
C