SON XƏBƏRLƏR

İranda iki polis zabiti öldürüldü

2026.10.05, 13:06
İranda iki polis zabiti öldürüldü

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Bampur Şəhər Polis Komandanlığının Nukcu polis bölməsində polis patrul xidmətinə silahlı hücm olub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Hücum nəticəsində Əmir Hüseyn Qasimi və Nizam Dəstqoşadə adlı polis zabitləri həlak olub, daha bir polis əməkdaşı isə yaralanıb.

Bildirilib ki, silahlı şəxslər hüquq-mühafizə orqanları tərəfindən təqib olunur və bölgədə bu hücumun günahkarlarının müəyyən edilməsi və həbs edilməsi üçün əməliyyatlar davam edir. 

Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar