SON XƏBƏRLƏR

Urmiyə gölündə miqrant quşlar duz kristallarına ilişib; xəbərdarlıq (Video)

2026.10.05, 20:33
Urmiyə gölündə miqrant quşlar duz kristallarına ilişib; xəbərdarlıq (Video)

Gunaz.tv

Urmiyə (Urmu) gölündə duz kristallarına ilişərək uça bilməyən miqrant quşların görüntüləri bölgədə vəhşi təbiətin üzləşdiyi ağır vəziyyəti bir daha ortaya qoyub.

Urmiyə Gölü Milli Parkının rəhbərliyinin məlumatına görə, bəzi miqrant quşlar gölün müəyyən hissələrində müvəqqəti dayanır. Ətraf mühit qurumları isə duza ilişmiş quşlara insanların özbaşına yaxınlaşmaması və onları köçürməməsi barədə xəbərdarlıq edib.

Yüksək duzluluq bəzi hallarda quşların lələkləri üzərində duz kristallarının yaranmasına və toplanmasına səbəb olur. Duzun lələklər üzərində yığılması onların ağırlaşmasına və bəzi hallarda quşların uçmaq qabiliyyətini itirməsinə gətirib çıxarır. Bu vəziyyət son günlərdə Urmiyə gölündə iki ağ qutanın xilas edilərək duz qalıqlarından təmizlənməsi ilə də diqqət çəkib.

Ətraf mühit qurumları vətəndaşlardan və turistlərdən ilişib qalmış və ya uça bilməyən quşları gördükdə onlara yaxınlaşmamağı və özbaşına köçürməmələrini, bu barədə 1540 saylı pulsuz qaynar xətt vasitəsilə məlumat vermələrini istəyib.

Məlumat daxil olduqdan sonra mühafizəçilər quşun vəziyyətini qiymətləndirir və zərurət yaranarsa, onun təhlükəsiz şəkildə tutulması, müalicəsi və yenidən təbiətə buraxılması üçün tədbirlər görür.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar