SON XƏBƏRLƏR

İranda “müxalif” mediaya müsahibəyə görə şallaq cəzası

2026.10.06, 18:33
İranda “müxalif” mediaya müsahibəyə görə şallaq cəzası

Gunaz.tv

İran parlamenti “Xarici müdaxiləyə qarşı mübarizə” adlı qanun layihəsi çərçivəsində İran vətəndaşlarının Kəşfiyyat Nazirliyi tərəfindən “müxalif” elan edilən media qurumlarına müsahibə verməsini qadağan edib.

Qanun layihəsinin çərşənbə axşamı, 6 oktyabr 2026-cı ildə qəbul edilən 22-ci maddəsinə əsasən, bu qadağanı pozan şəxslər 6-cı dərəcəli cəzalardan biri ilə üzləşə bilərlər. Bu cəzalara 6 aydan 2 ilədək həbs, pul cəriməsi, 31–74 şallaq zərbəsi və sosial hüquqlardan məhrumetmə daxildir. İran rəsmiləri bu maddənin təsir dairəsindən istisna edilib.

Parlament həmçinin rəsmi olaraq yayımlanmamış məlumat, hesabat və statistik göstəriciləri icazəsiz şəkildə xarici tərəflərə təqdim edən şəxslər üçün 5 ildən 10 ilədək həbs nəzərdə tutub.

Məsud Pezeşkian hökuməti daha əvvəl bu qanun layihəsinin ümumi müddəalarına qarşı çıxaraq onun məhdudiyyətləri artıracağını və mütəxəssislərin ölkədən köçünü sürətləndirə biləcəyini bildirmişdi.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar