SON XƏBƏRLƏR

Pakistanlı general Məkkə Müdafiə Alyansının ilk baş katibi təyin edilib

2026.10.06, 19:31
Pakistanlı general Məkkə Müdafiə Alyansının ilk baş katibi təyin edilib

Gunaz.tv

Təqaüddə olan pakistanlı general-leytenant Nauman Mahmud Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yaratdığı Məkkə Müdafiə Alyansının ilk baş katibi təyin edilib.

Alyansın Strateji-Siyasi və Müdafiə Komitəsi oktyabrın 5-də Ər-Riyadda keçirilən iclasında Mahmudu üç il müddətinə bu vəzifəyə təyin edib.

Nauman Mahmud Ər-Riyadda yaradılan alyansın Baş Katibliyinə rəhbərlik edəcək. Baş Katiblik üç ölkə arasında müdafiə əməkdaşlığının əlaqələndirilməsi və alyansın institusional strukturunun formalaşdırılması ilə məşğul olacaq.

Mahmud 1987-ci ildə Pakistan ordusuna qoşulub və 2023-cü ildə təqaüdə çıxana qədər komandanlıq, kəşfiyyat və strateji planlaşdırma sahələrində müxtəlif vəzifələrdə çalışıb.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan oktyabrın 5-də Ər-Riyadda Məkkə Müdafiə Alyansının Strateji-Siyasi və Müdafiə Komitəsinin iclasını keçirib.

Üçtərəfli müdafiə sazişi avqustun 7-də imzalanıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar