SON XƏBƏRLƏR

İran polisi İsfahanda mülki şəxsi öldürdü

2026.10.07, 10:53
İran polisi İsfahanda mülki şəxsi öldürdü

İsfahan əyalətinin Nəcəfabad şəhərində polis məmurları 33 yaşlı Pejman Suranini döyərək öldürüblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin Əminabad yanacaqdoldurma məntəqəsində baş verib:

"Polislər hökumət tərəfdarları ilə mübahisə edən Pejman Suranini hadisə yerindən qaçdığı zaman polis avtomobili ilə vurublar. Bundan sonra polislər yaralı vəziyyətdə olan gənci ağır şəkildə döyüb, ictimaiyyətin gözü qarşıında başını divara çırpıblar. Surani xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb".

Məhkəmə-tibbi autopsiya nəticələri də Pejman Suraninin ağır zərbələr aldığı səbəbindən həlak olduğunu təsdiq edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar