SON XƏBƏRLƏR

Sepah BƏƏ yaxınlığında tankerə hücum edib

2026.10.09, 21:35
Sepah BƏƏ yaxınlığında tankerə hücum edib

Gunaz.tv

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında bir gəmiyə naməlum mərminin dəyməsi və nəticədə yanğın baş verməsi barədə məlumat yayıb. Hadisə Sepah-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazının cənubunda mayeləşdirilmiş qaz daşıyan gəmiyə hücum etdiyini açıqlamasından sonra baş verib.

UKMTO-nun oktyabrın 9-da, cümə günü yaydığı məlumata görə, gəmi BƏƏ-nin Əl-Cəzirə bölgəsindən 13 dəniz mili qərbdə naməlum mərminin zərbəsinə məruz qalıb. Yanğın nəzarət altına alınıb. Bununla belə, ekipajın vəziyyəti, dəymiş ziyanın miqyası və mümkün ekoloji fəsadlar barədə məlumat hələ açıqlanmayıb.

Bundan bir neçə saat əvvəl Sepah-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubundan keçən, «NV Sunshine» adlı, «NatWit» şirkətinə məxsus mayeləşdirilmiş qaz daşıyan gəmiyə hücum etdiyini bəyan etmişdi. Sepah iddia edib ki, gəmi «qanunsuz» marşrutla hərəkət edirdi və zərbədən sonra onun maşın şöbəsində və hərəkət sistemində güclü yanğın baş verib.

Sepah-ın bəyanatında ABŞ-la əməkdaşlıq edən gəmiçilik şirkətlərinin də gəmilərinə qarşı sanksiyalar və cəza tədbirləri ilə üzləşəcəyi bildirilib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar