SON XƏBƏRLƏR

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

2026.10.10, 08:24
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin məlumatına görə, zərbə nəticəsində Suriyanın güneyində İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb.

Gunaz.tv

Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində İsrailin Suriyanın güneyində yerləşən qüvvələrinə hücum planları hazırlayan Yusif Əli əl-Həsun öldürülüb.

İsrail ordusu Həsunun "Hizbullah" hərəkatı ilə əlaqəli olduğunu və İranın göstərişləri əsasında fəaliyyət göstərdiyini bildirib.

Bəyanata əsasən, o, İsrailin hərbi obyektlərinə hücum etmək üçün partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar