SON XƏBƏRLƏR

Həmədanda iş qəzası - İki nəfər həlak oldu

2026.10.10, 09:23
Həmədanda iş qəzası - İki nəfər həlak oldu

Həmədan əyalətinin Toyserkan və Nəhavənd rayonlarında iş qəzaları nəticəsində iki nəfər həyatını itirib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

30 və 60 yaşlı işçilərin hər ikisi quyuya düşərək həlak olublar.

Qeyd edək ki, son altı ay ərzində Həmədanda 6 işçi elektrik cərəyanı vurması, 23 işçi isə hündürlükdən yıxılma nəticəsində ölüblər.

Qəzaların əsasən iş təhlükəsizliyi qaydalarının qorunmaması və işçilərin lazimi avadanlıqlarla təchiz olunmamaları səbəbindən baş verdiyi bildirilib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar