SON XƏBƏRLƏR

Mirsəlim: İranın nefti Allahın və Peyğəmbərin malıdır

2026.10.10, 15:35
Mirsəlim: İranın nefti Allahın və Peyğəmbərin malıdır

“Neftin xalqın haqqı olduğunu deyənlər boş-boş danışırlar. Kim deyib ki, neft xalqın malıdır?”

Gunaz.tv

İranın Məsləhət Şurasının üzvü Mustafa Mirsəlim İran neftinin mülkiyyəti ilə bağlı son açıqlamasında neftin xalqa məxsus olmadığını, “ənfal” sayıldığını və Allahla Peyğəmbərə məxsus olduğunu bildirib.

Mirsəlim “Xəbərfori” ilə söhbətində nefti xalqın haqqı hesab edən rəsmilərin fikirlərini tənqid edərək deyib: “Bütün rəsmilərin neftin xalqın haqqı olduğunu deməsi boş sözdür. Kim deyib ki, neft xalqın malıdır? Neft ənfaldandır və Allahla Rəsula məxsusdur”.

O, həmçinin İranda benzinin qiymətinin çox aşağı olduğunu bildirib və benzinin əhaliyə “havayı” qiymətə verildiyini iddia edib. Mirsəlim yanacağın təmin edilməsi xərclərinə toxunaraq, dövlətin bu xərclərin bir hissəsini ümumi büdcə hesabına ödədiyini deyib.

Bu açıqlamalar İranın neft və neft satışından əldə olunan gəlirlərin ölkənin əsas iqtisadi mənbələrindən biri olduğu bir vaxtda səsləndirilib. Bu milli sərvətin idarə olunması və ondan əldə edilən gəlirlərin bölüşdürülməsi İranın iqtisadi və siyasi müzakirələrinin əsas mövzularından biridir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar