SON XƏBƏRLƏR

Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub

2026.10.11, 15:00
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub

Gunaz.tv

Güney Azərbaycanın Ərdəbil ostanının Əngut və Germi rayonlarında güclü yağışlar nəticəsində sel baş verib. Əngut rayonunda yaşayış və ticarət sahələrinə, kənd təsərrüfatı və heyvandarlıq infrastrukturuna, eləcə də əkin sahələrinə ziyan dəyib.

Əngut rayonunun icra başçısı Əfşin Əsədzadə İRNA-ya bildirib ki, şənbə günü səhər yağan güclü yağışlardan sonra yaranan sel şəhər və kəndlərdə nəqliyyatın hərəkətində və iqtisadi fəaliyyətdə çətinliklər yaradıb. Dəymiş ziyanın müəyyənləşdirilməsi üçün mütəxəssislər ərazidə araşdırmalara başlayıblar.

Germi rayonunda da güclü yağışlar nəticəsində bəzi yollara palçıq və lil dolub, nəqliyyatın hərəkəti çətinləşib.

Ərdəbil ostanının Meteorologiya İdarəsi güclü yağış və sel təhlükəsi ilə bağlı, xüsusilə ostanın şimal və şərq bölgələri üçün xəbərdarlıq edib. İdarə Savalan dağının yamaclarında olan köçərilərə ehtiyatlı olmağı, əhaliyə isə yollarda diqqətli davranmağı və dağ yürüşlərindən çəkinməyi tövsiyə edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar