SON XƏBƏRLƏR

İran iqtisadiyyatı kiçilib; Böhran dərinləşir

2026.10.11, 15:37
İran iqtisadiyyatı kiçilib; Böhran dərinləşir

Gunaz.tv

İran Mərkəzi Bankının məlumatına görə, ölkə iqtisadiyyatı 2026-ci ilin yazında ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz kiçilib.

Məlumata əsasən, iyul ayında da iqtisadi artım mənfi 5,6 faiz olub. Sənaye və mədənçilik sektorunda istehsal 12,2 faiz, neft sektorunda 10 faiz, xidmət sahəsində isə 4,2 faiz azalıb. Kənd təsərrüfatı sektoru isə 6 faiz artım göstərib.

İran Statistika Mərkəzi yaz aylarında iqtisadiyyatın 10,1 faiz kiçildiyini açıqlamışdı. Beləliklə, Mərkəzi Bankın hesablamasına görə, iqtisadi geriləmə daha böyük olub.

Hesabatda iqtisadi tənəzzülün əsas səbəbləri arasında müharibə, ticarət və neft ixracına tətbiq olunan məhdudiyyətlər göstərilir. Neft hasilatının azalması, valyuta gəlirlərinin zəifləməsi və enerji çatışmazlığı təhlükəsi də ölkə iqtisadiyyatına təzyiq göstərir.

İyul ayında geriləmənin sürəti azalsa da, neft ixracına məhdudiyyətlərin davam etməsi iqtisadi vəziyyətin gələcək aylarda daha da pisləşməsi riskini artırır.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar