SON XƏBƏRLƏR

İranda etirazçı işçilərə 74 şallaq zərbəsi vuruldu

2026.10.12, 18:33
İranda etirazçı işçilərə 74 şallaq zərbəsi vuruldu

Gunaz.tv

İranın Xuzistan vilayətinin Hüveyze şəhərində Petropas şirkətindən işdən çıxarılan 10-dan çox işçi işdən azad olunmalarına və əmək müqavilələrinin uzadılmamasına etiraz etdiklərinə görə 74 şallaq zərbəsi və 20 milyon tümən pul cəriməsinə məhkum ediliblər. Xəbəri yayan mənbələrin bildirdiyinə görə, hökmlər artıq icra olunub və etirazçı işçilərə 74 şallaq zərbəsi vuruldu.

İşçilərin işi Hüveyze şəhərinin 2 saylı Cinayət Məhkəməsinin 101-ci şöbəsində araşdırılıb və 3 ay öncə onların hər biri barəsində şallaq və pul cəzası hökmü çıxarılıb. Onlara qarşı irəli sürülən ittihamlar “yolun bağlanması” və “ziyan vurulması” olub.

Bu işçilər uzun illər Cənubi Azadəgan neft yatağı ilə bağlı layihələrdə çalışıblar. Layihələr başa çatdıqdan sonra onların əmək müqavilələri uzadılmayıb. İşçilər, həmçinin, yerli işçilərin bir qisminin başqa vilayətlərdən gətirilən işçilərlə əvəz olunduğunu bildirirlər.

Etirazçı işçilərə  şallaq cəzasının tətbiqi İranda əmək hüquqları uğrunda çıxış edən işçilərə qarşı məhkəmə tədbirlərini yenidən gündəmə gətirib. İş və əmək hüquqlarının qorunmasını tələb edən işçilər işsizliklə yanaşı, fiziki cəza və pul cəriməsi ilə də üzləşiblər.

Hökmlərin icra olunmasına baxmayaraq, işçilələr etirazlarını davam etdirir və hər həftə Petropas şirkətinin qarşısında aksiya keçirirlər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar