SON XƏBƏRLƏR

İranda 12 ərəb məhbusun dindirmə iclası keçirilib

2026.10.13, 11:16
İranda 12 ərəb məhbusun dindirmə iclası keçirilib

Ötən gün İranın Xuzistan əyalətinin Karun şəhərinin İkinci İstintaq Şöbəsində həbsdə olan 12 ərəb məhbusun dindirmə iclası keçieilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlara "ictimai asayişin və əmin-amanlığın pozulması", "Bəsic bazalarına atəş açmaq", "sistemə qarşı silahlı üsyan" və "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və gizli əməkdaşlıq" ittihamları elan olunub.

İnsan haqalrı təşkilatlarının sözlərinə görə, dindirmə iclasında müttəhimlərin vəkillə təmin olunmasına icazə verilməyib.

Onlar həmçinin irəli sürülən ittihamların məhkumların edamı ilə nəticələnə biləcəyini bildiriblər.

Qeyd edək ki, kimliyi açıqlanan 12 müttəhim cari ilin mart ayının 9-da İran Kəşfiyyat Nazirliyi əməkdaşlarının Əhvaz şəhərinin Qalaçenan bölgəsində keçirdiyi əməliyyatla bağlı saxlanılıblar.

Həmin əməliyyat zamanı 5 nəfər həlak olub, çox sayda insan yaralanıb və həbs edilib.

Qeyd olunan 12 ərəb müttəhimin bu günə kimi vəkil və ailə üzvləri ilə görüşlərinə icazə verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar