SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma- Ölənlər var

2026.10.13, 13:00
İranda silahlı qarşıdurma- Ölənlər var

Bu gün səhər saat 6 radələrindən etibarən Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin ətraf yüksəkliklərində SEPAH qüvvələri ilə silahlı şəxslər arasında  qarşıdurma olub.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, ağır toqquşma Çahəhməd və Arzantak ərazilərindəki "Döngə" dağının yüksəkliklərində baş verib.

Hər iki tərəfin yüngül, yarımağır və ağır silahlardan istifadə etdiyi, SEPAH-ın əraziyə əlavə qüvvələr göndərdiyi və məlumatın yayıldığı vaxta qədər toqquşmaların hələ də davam etdiyi bildirilir.

Yayılan görüntülərdə çox sayda zirehlı texnika və hərbi qüvvələrin hadisə yerinə getdiyi müşahidə olunur.

Bununla yanaşı əyalət mərkəzi Zahidan şəhərinə yaxın ərazilərdə hökumət qüvvələri magistral yoluun ətrafında istehkamlar qurub.

Yerli mənbələr qarşıdurma yerinə çox sayda ambulabların getdiyinə görə ölü və yaralı sayının çox olduğu barədə ehtimallar səsləndirsələr də, SEPAH 5 silahlı şəxsin öldürüldüyünü bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar