SON XƏBƏRLƏR

İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi

2026.10.13, 14:29
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi

Tehranın Evin həbsxanasda saxlanılan 27 yaşlı siyasi məhbus Əmirhəsən Əkbəri Münfəred edam ediləcək. 

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, İran Ali Məhkəməsinin 41-ci bölməsi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsinin edam barədə çıxardığı qərarı təsdiq edib.

O, hökumətə müxalif olan Xalq Mücahidləri Təşkilatına üzvlük və "müharibə"də ittiham olunub.

Qeyd edək ki, Əmirhəsən Əkbəri Münfəred, atası, qardaşı və bacısı ötən ilin qışında Kərəcdə həbs ediliblər. Bir müddət sonra ailə üzvləri girov qarşılığında sərbəst buraxılsa da, onun barəsində ağır ittihamlar irəli sürülüb və həbsdə saxlanılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar