SON XƏBƏRLƏR

Son altı ayda İranda silahlı qarşıdurmada ölənlərin sayı açıqlandı

2026.10.14, 16:13
Son altı ayda İranda silahlı qarşıdurmada ölənlərin sayı açıqlandı

Son altı ay ərzində İranın Sistan və Bəlucistan əyalətlərində hökumət qüvvələri ilə silahlı şəxslər arasında 63 silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu haqda İran İnsan Haqları Təşkilatının hesabatında bildirilib.

Qarıdurmalardan ikisi Kirman əyalətinin Faryab ayonunda, 61-i isə Sistan və Bəlucistan əyalətinin Zahidan, Səravan, İranşəhr və Rask rayonlarında qeydə alınıb.

Qeyri-rəsmi məluçatlara görə, insidentlər nəticəsində 94 nəfər ölüb, 33 nəfər yaralanıb, rəsmi məlumatlarda isə 87 nəfərin öldüyü və 10 nəfərin yaralandığı bildirilib.

Hücumlardan bir neçəsinin məsuliyyətini sünni məzhəbli etnik bəlucların "Xalq Mübarizləri Cəbhəsi" öz üzərində götürsə də, qarşıdurmaların bir çoxunun səbəbkarı naməlum olaraq qalır.

İran hökuməti yaydığı rəsmi məlumatlarda silahlı hücumların "terrorçu ünsərlər" tərəfindən törədildiyini bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar