SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda emal üçün almanın qiymətinin düşməsinə etiraz: kiloqramı təxminən 12 min tümən

2026.10.14, 17:38
Qərbi Azərbaycanda emal üçün almanın qiymətinin düşməsinə etiraz: kiloqramı təxminən 12 min tümən

Gunaz.tv

Qərbi Azərbaycan ostanında bağbanlar emal üçün almasının alış qiymətinin kiloqramı təxminən 12 min tümənə düşməsinə etiraz edərək məsul qurumlardan təcili tədbir görülməsini tələb edirlər.

Bağbanlardan birinin sözlərinə görə, ostan valiliyinin xəbərdarlığına baxmayaraq, qiymət problemi hələ də həllini tapmayıb. O, məhsulun böyük hissəsinin artıq bağlardan yığıldığını vurğulayaraq, qarşıdakı günlərdə qiymət artsa belə, fermerlərin üzləşdiyi zərərin kompensasiya olunmayacağını bildirib.

Bağbanlar istehsalçıların daha çox zərər çəkməməsi üçün məsul qurumlardan məsələnin təcili araşdırılmasını və real dəstək göstərilməsini istəyirlər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar