SON XƏBƏRLƏR

İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu

2026.10.14, 22:36
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu

Gunaz.tv

İranda qadın musiqiçinin səhnəyə çıxmasına mane olunması bir musiqi qrupunun ölkə üzrə konsert turunu ləğv etməsinə səbəb olub. Bu qərar İran hakimiyyətinin qadınların incəsənət və musiqi sahəsində fəaliyyətinə qoyduğu məhdudiyyətləri yenidən gündəmə gətirib.

“Pallett” musiqi qrupu bildirib ki, uzun illərdən sonra İranın müxtəlif şəhərlərində konsertlər keçirməyi planlaşdırsa da, bəzi şəhərlərdə qrupun qadın musiqiçisinin səhnəyə çıxmasına icazə verilməyəcəyi bildirildikdən sonra bütün turu ləğv etmək qərarına gəlib. Qrup üzvləri yalnız hər kəsin bərabər şəkildə səhnəyə çıxmaq imkanı olduqda yenidən çıxış edəcəklərini vurğulayıblar.

İranda qadınların musiqi səhnəsində fəaliyyətinə qoyulan məhdudiyyətlər uzun illərdir sənətçilərin qarşılaşdığı problemlərdəndir. Bu hadisə bir daha göstərir ki, qadın musiqiçinin kişi həmkarları ilə eyni səhnədə çıxış etməsi belə konsertin keçirilməsinə maneəyə çevrilə bilər.

Bundan əvvəl də qadın musiqiçilərin səhnəyə çıxmasına mane olunması səbəbindən konsertlərin ləğv edildiyi barədə məlumatlar yayılıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar