SON XƏBƏRLƏR

CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib

2026.10.16, 11:10
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib.

Gunaz.tv

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə (CENTCOM) "X" sosial şəbəkəsində İranın 24 saat ərzində yaydığı bəyanatları təkzib edib.

"SEPAH Hörmüz boğazına nəzarət etdiyi barədə yalan iddialarını davam etdirib. Birləşmiş Ştatlar və regional tərəfdaşlar boğaza nəzarət edir və SEPAH-ın əsassız təcavüzünə baxmayaraq, ticarət gəmiləri tranziti davam etdirir", - məlumatda bildirilib.

SEPAH-ın çərşənbə günü Sinqapur bayrağı altında üzən konteyner gəmisinin Hörmüz boğazında dəniz minasına çırpıldığı barədə iddiası da təkzib olunub:

"Bu, yalandır. "M/V GFS Pride" mülki konteyner gəmisi SEPAH-ın mərmisi ilə vurulub. Hücuma baxmayaraq, ticarət gəmiləri Hörmüz boğazından keçir və son 24 saat ərzində 40-dan çox gəmi hərəkət edib", - CENTCOM-dan dəqiqləşdirilib.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar