SON XƏBƏRLƏR

Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü

2026.10.16, 11:49
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü

İran Kürdüstan Demokratik Partiyasının veb saytında yenidən Güney Azərbaycana qarşı torpaq iddiası irəli sürülüb.

Gunaz.tv

Bununla bağlı saytda "böyük Kürdüstan" xəritəsi də dərc olunub.

"Böyük Kürdüstan" kimi təqdim edilən xəritədə Qərbi Azərbaycan əyaləti tamamilə Kürdüstan torpağı kimi qələmə verilib.

Cari ilin əvvəllərində İranda baş verən etiraz aksiyaları fonunda da kürd təşkilatlarının tətil aksiyasına çağırış bəyanatlarında Azərbaycan torpaqlarına qarşı ərzi iddiaları irəli sürülmüşdü.

İran Kürdüstan Partiyası çağırış bəyanatında "Makudan Loristana qədər, bir millət, bir ölkə" ifadəsini işlədərək, Qərbi Azərbaycan və Loristan əyalətlərini Kürdüstan torpaqları kimi qələmə vermişdi.

Qeyd edək ki, bundan əvvəl 1979-cu ildə Pəhləvi hakimiyyəti devriləndə də kürd təşkilatları, o cümlədən Kürdüstan Demokrat Partiyası Qərbi Azərbaycan torpaqlarına iddia ilə çıxış edib.

Həmin iddialar nəticəsində xüsusən Sulduz(Nəqədə) şəhərində toqquşmalar baş verib, çox sayda azərbaycanlı qətlə yetirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar