SON XƏBƏRLƏR

Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib

2026.10.16, 13:36
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib

Hökumətə bağlı qurum və şəxslərin təşkilatçılığı ilə Təbrizdə Azərbaycan Respublikası Baş Konsulluğunun qarşısında da oxşar aksiya keçirilib.

Gunaz.tv

Bu haqda yerli sosial media şəbəkəsində məlumat yayılıb.

Azərbaycanda hicaba qadağa qoyulduğunu iddia edən, dini bayraq və simvollar daşıyan bir qrup şəxs “Hicab Allahın əmridir!” və “Hicaba azadlıq!” şüarları yazılmış pankartlar qaldırıblar.

Aksiyaya Təbriz Cümə Namazı Qərargahı və İmam Xomeyni Məscidi Xeyriyyə Fondunun dəstəyi ilə Azərbaycan Respublikasına qarşı qərəzli mövqei ilə tanına hökumət eksperti Ehsan Müvəhediyan təşkilatçılıq edib.  

Qeyd edək ki, oxşar aksiya Məşhəd şəhərində də təşkil olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar