SON XƏBƏRLƏR

Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb

2026.10.17, 20:35
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, Azərbaycan Prezidentinin birinci müavini Mehriban Əliyeva oktyabrın 17-də rəsmi Instagram səhifəsində paylaşım edərək, 2020-ci il oktyabrın 17-də Ermənistanın Gəncə şəhərinin yaşayış məhəllələrinə raket hücumu nəticəsində həlak olanları yad edib.

Mehriban Əliyeva mesajında mülki əhaliyə hücumu bəşəriyyətə qarşı cinayət adlandırıb, qurbanların ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

Hücum 44 günlük Qarabağ müharibəsi zamanı baş verib. Müharibə nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin təxminən 30 illik işğalına son qoyulub.

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar