SON XƏBƏRLƏR

Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib

2026.10.18, 08:30
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, pauerliftinq çempionu və Güney Azərbaycanlı millifəal Əlirza Şahinmehr İranın məhkəmə sistemi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanlı idmançı hökmün icrası üçün Tehranın Təhlükəsizlik Prokurorluğuna çağırılıb.

Yerli mənbələrin məlumatına görə, idmançıya qarşı irəli sürülən ittihamlar “etnik millətçilik” və “milli təhlükəsizliyə qarşı fəaliyyət” olub.

Tehranın Həsən Xan Qala bölgəsində yaşayan Şahinmehr oktyabrın 10-da bildiriş alıb. Bildirişə əsasən, o, üç gün ərzində hökmün icrası şöbəsinə müraciət etməlidir.

Bildirişdə qeyd olunub ki, müəyyən edilmiş müddətdə müraciət etmədiyi təqdirdə onun barəsində həbs qərarı veriləcək.

Şahinmehr bundan əvvəl, 2025-ci il dekabrın 25-də səhər saatlarında təhlükəsizlik qüvvələrinin Tehrandakı evinə basqını zamanı saxlanılmışdı. Həmin vaxt onun şəxsi əşyaları və mobil telefonu müsadirə edilmişdi.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar