SON XƏBƏRLƏR

Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi

2026.10.18, 09:30
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Kürdüstan Azad Həyat Partiyasının (PJAK) hərbi qanadı iddia edib ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) oktyabrın 13-dən etibarən Şahu bölgəsində bu qrupun mövqelərini dron hücumları və artilleriya atəşinə tutub.

Şahu bölgəsi İranın qərbində, Zaqros dağlıq ərazisində, Kirmanşah və Kürdüstan əyalətləri yaxınlığında yerləşir.

PJAK-ın bəyanatına əsasən, SEPAH oktyabrın 15-dən etibarən dörd kamikadze dronundan istifadə edib, SEPAH və Bəsic qüvvələri isə Kələntəran bölgəsində yerləşdirilib.

PJAK hücumların davam edəcəyi təqdirdə, İranın digər kürd qüvvələri ilə birlikdə cavab verəcəyini və özünün “qanuni müdafiə hüququ” adlandırdığı hüquqdan istifadə edəcəyini bəyan edib.

Bu iddialar hələlik müstəqil şəkildə təsdiqlənməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar