SON XƏBƏRLƏR

Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq

2026.10.18, 14:13
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu İran hakimiyyətini xərçəngə bənzədərək, bu rejim aradan qaldırılmadığı təqdirdə yenidən güclənə biləcəyini bildirib. O, İrana qarşı yenidən hərbi əməliyyatların keçirilməsi ehtimalına da toxunub.

Netanyahu şənbə günü “i24NEWS” telekanalına müsahibəsində deyib: “Biz işin 90 faizini görmüşük, amma bu, xərçəng kimidir. İrandakı bu rejimdən qurtulmasanız, geri qayıdacaq.”

İsrailin baş naziri həmçinin İranı İsraildə keçiriləcək seçkilərə təsir göstərməyə çalışmaqda ittiham edib. O, seçki prosesinə müdaxilə cəhdinin ola biləcəyini bildirib, lakin bu qiymətləndirmənin hansı kəşfiyyat məlumatlarına əsaslandığını açıqlamayıb.

Netanyahu seçkilərin oktyabrın 27-də planlaşdırıldığı kimi keçiriləcəyini vurğulayıb və İsrailin düşmənlərinin seçki prosesini pozmağa və ya nəticələrə təsir göstərməyə çalışa biləcəyini iddia edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar