SON XƏBƏRLƏR

Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)

2026.10.18, 15:10
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin futbol liqası çərçivəsində Urmiyə şəhərində Qoşaçay (Miyandab) şəhərinin “Ümidafrin” komandası ilə kürd “Ronahi” komandası arasında keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. 

Qoşaçay komandası 33 xalla turnir cədvəlinin lideridir, “Ronahi” komandası isə üçüncü yerdə qərarlaşıb.

Oyundan sonra kürd “Ronahi” komandasının üzvləri və tərəfdarları stadionda qarışıqlıq yaradaraq Qoşaçay şəhərinin “Ümidafrin” komandasının futbolçularına və heyət üzvlərinə hücum edib, onları döyüblər.

Qeyd edək ki, ötən il də “Ronahi” komandası ilə Tikantəpənin “Qarəqoyunlu” komandası arasında Urmiyənın Təxti stadionunda keçirilən qarşılaşmadan sonra bir qrup miqrant və şübhəli şəxs Kaşani küçəsində türklər əleyhinə və təxribatçı şüarlar səsləndirərək gərginlik və qarşıdurma yaratmışdı.

Azərbaycan milli fəalları xəbərdarlıq ediblər ki, hücumçu miqrantların bu cür davranışları Azərbaycan xalqının sərt reaksiyasına səbəb ola bilər. Fəalların fikrincə, fars şovinizmi və onun yerli əlaltıları bu cür qarşıdurmaları qızışdırır və bölgədə gərginliyin artmasına şərait yaradır.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar