SON XƏBƏRLƏR

Vens: Müharibə davam etməlidir

2026.10.18, 17:11
Vens: Müharibə davam etməlidir

Gunaz.tv

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın nüvə proqramının məhv edilməsi ilə Vaşinqtonun “qəti qələbə” qazandığını iddia etsə də, Tehranın nüvə imkanlarını bərpa etməsinin və qlobal enerji böhranının qarşısının alınması üçün müharibənin davam etməli olduğunu bildirib.

Vens CBS News telekanalına müsahibəsində ABŞ administrasiyasının qarşısında iki əsas məqsədin dayandığını deyib: İranın nüvə proqramını yenidən bərpa etməyəcəyinə dair uzunmüddətli və yoxlanıla bilən öhdəlik əldə etmək, həmçinin qlobal enerji böhranına yol verməmək.

O, İranı ticarət gəmilərinə hücum etməkdə və dəniz yollarında təhlükə yaratmaqda ittiham edib. Vensin sözlərinə görə, Hörmüz boğazından neft və qaz daşımaları ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən qorunmasaydı, yanacağın qiyməti indiki səviyyədən üç dəfə yüksək ola bilərdi.

ABŞ-ın vitse-prezidenti xəbərdarlıq edib ki, nüvə proqramının məhv edilməsindən sonra əməliyyatların dayandırılması və ABŞ qüvvələrinin bölgədən çıxması enerji qiymətlərinin kəskin artmasına səbəb ola bilər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar