SON XƏBƏRLƏR

Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür

2026.10.18, 18:05
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür

Gunaz.tv

Bu gün, oktyabrın 18-də Xudafərin körpüsünün Ermənistanın işğalından azad edilməsinin altıncı ildönümü tamam olur. Araz çayı üzərində, Azərbaycan Respublikası ilə İran sərhədində, Cəbrayıl rayonu ərazisində yerləşən körpü 2020-ci il oktyabrın 18-də azad edilib. Həmin gün Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndləri də işğaldan azad olunub.

Xudafərin ərazisində iki tarixi körpü yerləşir. Onlardan 11 aşırımlı körpü XI–XII əsrlərə aid edilir və Azərbaycan memarlıq məktəbinin xüsusiyyətlərini əks etdirir. Tədqiqatçıların fikrincə, körpü XIII əsrdə Elxanilər dövründə daha qədim tikilinin qalıqları üzərində yenidən qurulub. Təxminən 130 metr uzunluğunda, 6 metr enində olan körpünün hazırda üç orta aşırımı salamat qalıb. Kənar aşırımlar isə 1930-cu illərdə Sovet hakimiyyətinin göstərişi ilə dağıdılıb.

15 aşırımlı digər Xudafərin körpüsü də XIII əsrə aid edilir. Tarixi mənbələrdə onun daha qədim dövrdə inşa edildiyi barədə məlumatlar da yer alır. Təxminən 200 metr uzunluğunda olan bu körpü çay daşları və bişmiş kərpicdən tikilib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar