SON XƏBƏRLƏR

Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb

2026.10.19, 10:26
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb

18 oktyabr 2026-cı il tarixində Müsəlman Birliyi Hərəkatının (MBH) fəalları tərəfindən Azərbaycandakı vahid məktəbli forması qaydalarına qarşı etiraz məqsədilə təşkil edilən aksiyada İran bayraqları qaldırılıb.

Gunaz.tv

Aksiya zamanı fonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilsə və üçrəngli bayrağımız qaldırılsa da, iştirakçılar tərəfindən İran İslam Respublikasının dövlət bayraqları və İranın dini rəhbərlərinin portretləri nümayiş etdirilib, həmçinin fars dilində şüarlar yazılmış plakatlardan istifadə olunub.

Bu, Azərbaycanın dövlət rəmzlərinə hörmətsizlik, xarici xüsusi xidmət orqanlarının və İran şəbəkəsinin növbəti siyasi manipulyasiyası və ideoloji təxribatı kimi qiymətləndirilir.

Yerli mənbələrin məlumatlarına görə, aksiyanın baş tutmasında İranın Almaniyadakı dini-ideoloji mərkəzləri bir başa iştirak ediblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar