Xəbərdarlıq oktyabrın 18-də edilib.
Xəbərdarlıqda Yaxın Şərqdəki ABŞ vətəndaşları regiondakı mürəkkəb təhlükəsizlik vəziyyəti səbəbindən daha diqqətli olmağa və mümkün uçuşların ləğvinə, hava məkanının bağlanmasına və səyahət pozuntularına hazır olmağa çağırılıb.
“Heç bir səbəbdən İrana səyahət etməyin. ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər”,- ABŞ səfirliyi vurğulayıb.
Tövsiyədə həmçinin xəbərdarlıq edilib ki, “İranın quru sərhəd keçid prosedurları xəbərdarlıq edilmədən və ya çox qısa müddətdə dəyişə bilər”.
ABŞ vətəndaşlarına İrandakı uçuş statusunu birbaşa aviaşirkətlərlə yoxlamaq, fövqəladə hallar üçün alternativ planlara sahib olmaq və böyük izdihamların və polisin sıx olduğu ərazilərdən çəkinmək tövsiyə olunur.
GünAzTV