SON XƏBƏRLƏR

İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir

2026.10.19, 13:31
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir

İsrailin xarici işlər naziri Gideon Saar İranın xarici işlər naziri Abbas Əraqçını ikiüzlülükdə ittiham edib. Buna səbəb Əraqçinin Fransa prezidenti Emmanuel Makronun ölkədəki iğtişaşlara münasibətini tənqid etməsi olub.

Gunaz.tv

Saar “X” sosial şəbəkəsində yazıb: “İranın XİN rəhbəri Fransadakı iğtişaşları alqışlayır. Öz ölkəsində etirazçıları edam edən, xaricə terror ixrac edən bir rejim indi Parisə ‘sərbəst toplaşmaq azadlığı’ barədə dərs keçməyə çalışır”.

O əlavə edib: “İran rejiminin yanvar ayında minlərlə şəxsi qətlə yetirdiyini, eləcə də bu günə qədər davam edən repressiyaları, zorakılığı və edamları heç kim unutmayıb”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar