SON XƏBƏRLƏR

İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı

2026.10.19, 14:26
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı

Almaniya Xarici İşlər Nazirliyi, Almaniya yəhudi icmasının iki rəhbərinə qarşı edilən hücum cəhdinə etiraz olaraq İslam Respublikasının səfirini çağırıb.

Gunaz.tv

Bu haqda Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İran səfiri bu gün 19 oktyabr Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Berlinin etiraz bildirilib:

"Hamburq Ali Məhkəməsinin SEPAH-ın Qüds Qüvvələrinin Alman yəhudi icmasının lideri Josef Skuster və Alman-İsrail Assosiasiyasının rəhbəri Volker Bekə qarşı casusluq və terror əməliyyatları planlaşdırmaq səyləri ilə bağlı qərarından sonra Almaniya Xarici İşlər Nazirliyi İslam Respublikasının səfirini çağırdı və xüsusilə Almaniyada yəhudilərə və onları müdafiə edənlərə qarşı heç bir yerdə hücumlara dözməyəcəyimizi və Josef Skuster və Volker Bekə hücum etmək cəhdlərinin hüquqi nəticələrə səbəb olduğunu bildirdi",- məlumatda qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar