SON XƏBƏRLƏR

Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi

2026.10.19, 17:33
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi

Gunaz.tv

Tehran Universitetinin rektoru “qeyri-normativ davranış” kimi qiymətləndirilən halların araşdırılması üçün xüsusi işçi qrupunun yaradıldığını açıqlayıb. Bu addım universitetlərdə tələbələrin geyiminə və həyat tərzinə müdaxilə məsələsini yenidən gündəmə gətirib.

“İSNA” agentliyinin məlumatına görə, işçi qrupu intizam şurasına müraciət edilməzdən əvvəl tələbələri məxfi şəkildə dəvət edərək onlarla söhbət aparacaq və məsələləri həll etməyə çalışacaq. Universitetin rektoru geyim məsələsində cəmiyyətdə mövcud olan adət və normaların nəzərə alındığını bildirib. O, intizam şurasına çıxarılan məsələlərin belə, ictimaiyyətin diqqətindən kənarda müzakirə edilməsinə üstünlük verildiyini deyib.

Lakin məcburi hicab siyasətinin tənqidçiləri sual edirlər: Gənclərin geyim və həyat tərzi seçimi niyə məxfi araşdırmaların və intizam tədbirləri ehtimalının mövzusuna çevrilməlidir? Tələbə qorxu, təzyiq və cəza təhlükəsi olmadan öz seçimini edə bilməlidir.

Universitet azad düşüncə və fərdi seçimə hörmət məkanı olmalıdır, gənclərin şəxsi həyatına müdaxilə və geyim qaydalarının məcburi tətbiqi meydanı deyil. Tələbələrin ləyaqətinin qorunması geyim azadlığına hörmət və cəza xarakterli müdaxilələrə son qoyulmasını tələb edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar