SON XƏBƏRLƏR

Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik

2026.10.19, 21:38
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik

Gunaz.tv

İranın Rəzəvi Xorasan ostanının Bəjestan şəhərində ənənəvi “üzüm şirəsi bişirmə” mərasiminin 105101440 nömrəsi ilə ölkənin turizm tədbirləri təqviminə daxil edilməsi Güney Azərbaycanın mədəni irsinin qorunması və tanıdılması məsələsini yenidən gündəmə gətirib. 

Azərbaycan şəhərlərinin, xüsusilə Urmiyənın mədəni həyatında “doşab pişirmək” adı ilə tanınan bu ənənənin bölgədə qədim tarixi var.

Bu mərasimin Bəjestan adına qeydiyyata alınması fonunda gözlənilirdi ki, Azərbaycanın mədəni irsinin qorunmasına məsul qurumlar da ənənəni onun yerli adı və mənşəyi ilə sənədləşdirmək və qeydiyyata almaq üçün addımlar atsınlar. 

Tənqidçilər bu cür irs nümunələrinə mümkün laqeydliyi Azərbaycanın mədəni imkanlarının qorunması və tanıdılması sahəsindəki çatışmazlıqların göstəricisi hesab edirlər. Halbuki bölgənin bir çox ənənəsi araşdırılmağa, sənədləşdirilməyə və daha geniş tanıdılmağa ehtiyac duyur.

Bununla belə, ənənənin Bəjestanda qeydiyyata alınması onun yalnız həmin bölgəyə məxsus olduğunu sübut etmir. Eyni zamanda, bu fakt onun Azərbaycanın üzümçülüklə tanınan şəhərlərində ayrıca qeydiyyata alınmasının mümkün olmadığını da göstərmir. Tarixi keçmişin, coğrafi yayılma arealının və mövcud sənədlərin araşdırılması bu ənənənin ayrıca qeydiyyata alınması imkanını aydınlaşdıra bilər.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar